
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Almaniyanın "Kayserslautern" klubu ilə rəsmi müqaviləni iyunun 24-də bağlayacaq.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, 28 yaşlı hücumçu həmin gün əvvəlcə tibbi müayinədən keçəcək.
Müayinənin ardından onunla 2+1 illik sözləşmənin imzalanması gözlənilir.
Qeyd edək ki, "Kayzerslautern" 2024/2025 mövsümündə Almaniya II Bundesliqasında 34 oyundan 53 xalla 7-ci yeri tutub. Mahir Emrelinin çıxış etdiyi "Nürnberq" isə 48 xalla 10-cu olub. Emreli komandanın heyətində II Bundesliqada 10, Almaniya Kubokunda 1 qol vurub.