
"Real Madrid"in yeni baş məşqçisi Xabi Alonso klubun məşqlərində dronlardan istifadə edir.
Sportnet.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Məlumata görə, ispan mütəxəssis ilk dəfə belə üsuldan istifadə edir.
Yada salaq ki, ispan çalışdırıcı “Real Madrid”ə Almaniyanın “Bayer Leverkuzen” klubundan keçib.