
Yevlax şəhər stadionunda ot örtüyünün dəyişdirilməsi işlərinə başlanılıb.
Sportnet.az xəbər verir ki, rayon təmsilçisi "Karvan" klubunun mətbuat katibi Bəhruz Musayev bununla əlaqədar sosial şəbəkədə video paylaşıb.
Təmir işləri nəticəsində meydançada yeni təbii örtük qurulacaq.
Eyni zamanda Yevlax şəhər stadionunun infrastruktur qurğularının təmiri nəzərdə tutulub.
Qeyd edək ki, "Karvan" 2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında mübarizə aparacaq.