
İranın "Persepolis" klubunun baş məşqçi postundan ayrılacağı gözlənilən İsmail Kartalın yeni iş yeri müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, Səudiyyə Ərəbistanı mətbuatı "Əl-Nəsr" rəhbərliyinin 64 yaşlı türkiyəli mütəxəssisi komandanın sükabı arxasında gətirmək fikrində olduğunu yazıb.
Ona 2 illik müqavilənin təklif olunduğu bildirilir. Təyinat baş tutsa, Kartal yenicə istefaya göndərilmiş Stefano Piolini əvəzləyəcək.
Qeyd edək ki, İsmail Kartal "Persepolis"i 16 oyuna çıxarıb. Onun rəhbərliyi altında komanda meydanı 8 qələbə, 4 heç-heçə və 4 məğlubiyyətlə tərk edib. "Əl-Nəsr"də 2023-cü ilin yanvarından Kriştianu Ronaldu da forma geyinir. Müqaviləsi bitən portuqaliyalı hücumçunun gələn mövsüm komandada qalıb-qalmayacağı hələ müəyyənləşməyib.