
“Neftçi” növbəti futbolçu transferini rəsmiləşdirib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paraqvaylı sol cinah yarımmüdafiəçisi Luis Ortis 1 il müddətinə icarəyə götürülüb.
Bunadək yalnız vətənində çıxış etmiş 25 yaşlı oyunçu müqavilə üzrə “Sportivo Ameliano”ya məxsusdur. Ortis bu ilin əvvəllərindən meydana çıxdığı 22 matçda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.