
“Sabah”ın UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Sloveniyanın “Tsele” klubu futbolçusu Tamar Svetlin ilə yollarını ayırıb.
Sportnet.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi karyerasını bundan sonra Polşada davam etdirəcək.
Sloveniyalı oyunçu “Korona Keltse” komandasına transfer olunub.
Qeyd edək ki, 2021-ci ildən “Tsele”də forma geyinən Tamar Svetlin klubla ölkə çempionluğunu yaşayıb, kuboka, Avropada əla çıxışlara və Sloveniya millisində debütə nail olub.