
Fransa təmsilçisi “Lion” tarixində ilk dəfə qadın prezidentə həvalə olunub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəni amerikalı iş adamı Mişel Kanq icra edəcək.
O, kişi həmyerlisi Con Tekstoru əvəzləyib.
“2023-cü ildən "Lion"un Direktorlar Şurasının üzvü olan Mişel Kanq klubun sədri və prezidenti təyin edilib. O, ‘Lion’un icraedici rəhbərliyinə dəstək göstərməkdə fəal rol oynayacaq. O cümlədən, klubun II Liqaya göndərilməsi qərarından verilən apellyasiya prosesinə rəhbərlik edəcək. Con Tekstor "Lion"dakı rəhbər postlarından, o cümlədən Direktorlar Şurasından ayrılıb.” – deyə, klub açıqlama yayıb.
Kanq bizensmen və investordur. O, "Lion"un üçüncü səhmdarı və klubun qadınlardan ibarət komandasının əsas səhmdarıdır.
Qeyd edək ki, daha əvvəl “Lion”un maliyyə hesabatındakı pozuntulara görə Milli İdarəetmə və Nəzarət Direktorluğu tərəfindən II Liqayə düşürüldüyü açıqlanıb. Fransa təmsilçisi ötəın mövsüm Avropa Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqiblərindən biri olub.