
İngiltərənin “Mançester ” klubunun və Norveç millisinin futbolçusu Erlin Holann karyerasında 300 qolu keçib.
Sportnet.az xəbər verir ki, 25 yaşlı hücumçu FIFA Klublararası Dünya Çempionatının 1/8 final mərhələsində “Əl-Hilal”a qarşı oyunda (3:4) qol vuraraq bu göstəriciyə çatıb.
Səudiyyə Ərəbistanı klubunun qapısından keçirdiyi top norveçli futbolçunun karyerasındakı 301-ci qolu olub.
Holann bu günə qədər Norveç “Molde”sində 20 qol, Avstriya “Zaltsburq”unda 29 qol, Almaniya təmsilçisi “Borussiya Dortmund”da 86 qol, “Mançester Siti”də isə 124 qol vurub. O, həmçinin Norveç millisində 42 dəfə fərqlənib.
Qeyd edək ki, “Mançester Siti” 2024/2025 mövsümünü titulsuz baça vurub. Holann bütün turnirlərdə 48 oyunda 34 qolla yadda qalıb.