
Təbrizin “Traktor” klubu yeni mövsümün hazırlıqlarına Türkiyədə start verəcək.
Sportnet.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib.
Cənubi Azərbaycan təmsilçisi iyulun 8-də Türkiyəyə yollanacaq.
Komanda yeni mövsümdə İran birinciliyində və Asiya Çempionlar Liqasında uğurlu çıxış etmək məqsədi ilə Türkiyədə güclü hazırlıq keçməyi planlaşdırıb.
“Traktor”un təlim-məşq toplanışı zamanı keçirəcəyi oyunlar barədə hələlik məlumat verilməyib.