
Meksika millisinin əfsanəvi qapıçısı Gilyermo Oçoa 2026-cı il dünya çempionatında iştirak edərək karyerasında altıncı mundiala qatılmaq istəyir.
Sportnet.az “Goal” nəşrinə istinadən xəbər verir ki, bu barədə 40 yaşlı qolkiperin özü açıqlama verib.
“Mundialda oynamaq uğrunda mübarizə aparmaq istəyirəm. Mənə xüsusi güzəşt edilməsin. Bunu haqq etmək istəyirəm. Turnirdə iştirak etmək inanılmaz olardı. Mən gündəlik olaraq klubumda məşq edirəm ki, fiziki formamamı yüksək səviyyədə saxlayım. Karyeramı izləyənlər bilir ki, çox şeydən keçmişəm və bu şans verilərsə, yenə də hər şeyimi verəcəyəm”, – deyə Oçoa qeyd edib.
Xatırladaq ki, Gilyermo Oçoa indiyədək beş dünya çempionatına (2006, 2010, 2014, 2018, 2022) çağrılıb. Lakin 2006 və 2010-cu illərdə ehtiyat oyunçular skamyasında əyləşib. 2024-cü ildə Meksika millisi KONKAKAF Qızıl Kubokunun finalında ABŞ-ı 2:1 hesabı ilə udaraq qalib olsa da, 40 yaşlı qapıçı bu turnir ərzində bir dəfə də olsa meydana çıxmayıb.
Oçoa ötən mövsüm çıxış etdiyi Portuqaliyanın AVS klubu ilə müqaviləsi başa çatdıqdan sonra azad agentə çevrilib. Təcrübəli qolkiper bu klubun heyətində 23 oyunda iştirak edib, 45 top buraxıb və 6 oyunda qapısını toxunulmaz saxlayıb.