
"Qarabağ" yeni mövsüm üçün daha bir futbolçunu heyətinə qatıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Xorvatiya “Dinamo Zaqreb”i ilə uzun sürən danışıqlar nəticəsində müdafiəçi Sami Mmae icarəyə götürülüb.
Futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Müdafiəçi “Qarabağ”da 3 nömrəli forma ilə çıxış edəcək.
Peşəkar karyerasına 2014-cü ildə Belçikanın “Standard” klubunda başlayan Sami 2017-2018-ci illərdə icarə əsasında Niderland təmsilçisi “Maastrixt”in formasını geyinib. 2018 - 2021-ci illərdə Belçikanın “Sent-Truden”, 2021-24-cü illərdə Macarıstanın “Ferensvaroş” klubunda çıxış edən müdafiəçi ötən il “Dinamo”ya keçib.
Belçikanın U-19 və U-21 yığmalarında forma geyinmiş Mmae 2020-ci ildə debüt etdiyi Mərakeş millisində 10 matç keçirib. O, Çempionlar Liqasının 2024/2025 mövsümünün pley-offunda “Dinamo”nun heyətində "Qarabağ"a qarşı hər iki oyunda 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, Ağdam klubu bunadək daha üç futbolçunu – braziliyalılar Dani Bolt və Pedro Bikalyo, Fil Dişi Sahilindən olan Kris Kuakunu transfer edib.