
"Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi üçün iştirak ərizəsini açıqlayıb.
Sportnet.az xəbər verir ki, siyahıda 3 qapıçı, 9 müdafiəçi, 9 yarımmüdafiəçi və 3 hücumçu yer alıb.
Klub yetirmələrindən müdafiəçi Amin Rzayevlə yarımmüdafiəçi Hikmət Cəbrayılzadənin də adını "24-lüy"ə daxil edib.
"Qarabağ" II təsnifat mərhələsində İrlandiya "Şelburn"u ilə üz-üzə gələcək. İlk oyun iyulun 23-də səfərdə, cavab görüşü iyulun 30-da evdə olacaq.