
25 yaşlı portuqaliyalı hücumçu Joao Feliks Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda "Çelsi"də qazandığından iki dəfə çox məvacib alacaq.
Sportnet.az “Correio da Manha” nəşrinə istinadən xəbər verir ki, hücumçunun ərəb klubunda məvacibi ildə 17,5 milyon avro olacaq.
Feliks London "Çelsi"sində təxminən 7 milyon avro qazanıb. Portuqaliya təmsilçisi "Benfika" isə ona hər mövsüm üçün 3 milyon avro təklif edib.
Yada salaq ki, hücumçunun transferinin ilkin dəyərinin 30 milyon avro olacağı, lakin bonuslar nəzərə alınmaqla məbləğin 50 milyon avroya qədər artacağı bildirilir.