
UEFA Ukraynanın "Aleksandriya" klubunu cəzalandırıb.
Sportnet.az xəbər verir ki, buna "Partizan"la keçirilə UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında komanda azarkeşlərinin Serbiyaya qarşı zorakılıq çağırışı və Rusiya MOİK-ini təhqir etmələri səbəb göstərilib.
İntizam Komitəsinin qərarına əsasən "Aleksandriya" 20 min avro cərimə ödəyəcək və qarşıdakı 2 il ərzində qayda pozuntusu təkrarlanacağı halda, tribunasının bir hissəsini qapatmalı olacaq.
İki oyunluq mübarizənin yekununda "Partizan" 2:0 və 4:0 hesablı qələbələrlə mərhələ adlayıb. Konfrans Liqasının III təsnifat mərhələsində Serbiya təmsilçisinin rəqibi Şotlandiya "Hibernians"ı olacaq.