
"Sabah"ın UEFA Konfrans Liqasının III mərhələsindəki rəqibi "Levski" Bolqarıstan I Liqasında növbəti oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Xulio Velaskesin rəhbərlik etdiyi kollektiv III tur matçında evdə "Slaviya" klubunu qəbul edib.
Georgi Asparuhov adına Sofiya şəhər stadionunda təşkil olunan görüş "Levski"nin qələbəsi ilə başa çatıb - 2:0.
Qarşılaşmada hesabı 70-ci dəqiqədə Borislav Rupanov açıb. 84-cü dəqiqədə isə Everton Bala yekun hesabı müəyyənləşdirib.
Bununla da, "Levski" ölkə çempionatında keçirdiyi 3-cü oyununda 3-cü qələbəsi qazanıb. Paytaxt təmsilçisi 9 xalla "Ludoqorets"lə ilk iki pilləni bölüşdürür.
Qeyd edək ki, "Sabah" "Levski" ilə ilk oyununu avqustun 7-də səfərdə, 14-də isə evdə keçirəcək.