
Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Sportnet.az xəbər verir ki, ikinci oyun günündə daha 6 qarşılaşma keçiriləcək.
“Qarabağ”ın pley-offda potensial rəqibləri olan “Ludoqorets”lə (Bolqarıstan) və “Ferentsvaroş” (Macarıstan) da üz-üzə gələcək. Bolqarıstanda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Günən digər diqqətçəkən matçlarıından biri Niderlandda olacaq. Burada Türkiyənin “Fənərbaxça” klubu “Feyenoord”un qonağı olacaq.
Qeyd edək ki, mərhələnin cavab oyunları avqustun 12-də və 13-də keçiriləcək.
7 avqust
UEFA Çempionlar Liqası
3-cü təsnifat mərhələsi, ilk oyunlar
19:00. "Kayrat" (Qazaxıstan) - "Slovan" (Slovakiya)
21:00."Zalsburq" (Avstriya) - "Brügge" (Belçika)
21:30. "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan)
22:30."Lex" (Polşa) - "Zrvena Zvezda" (Serbiya)
23:00. "Feyenoord" (Niderland) - "Fənərbaxça" (Türkiyə)
23:00."Nitsa" (Fransa) - "Benfika" (Portuqaliya)
6 avqust
"Malmö" (İsveç) – "Kopenhagen" (Danimarka) - 0:0
"Dinamo" (Kiyev, Ukrayna) – "Pafos" (Kipr) - 0:1
"Şkendiya" (Şimali Makedoniya) – "Qarabağ" (Azərbaycan) - 0:1
"Reyncers" (Şotlandiya) – "Viktoriya" (Plzen, Çexiya) - 3:0