
“Şamaxı”nın yay təlim-məşq toplanışında qarşılaşacağı sonuncu rəqib müəyyənləşib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "şirlər" avqustun 9-da "Zirə" ilə üz-üzə gələcək.
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçiriləcək görüş saat 17:45-də start götürəcək.
Qeyd edək ki, Ayxan Abbasovun kollektivi daha öncə bu tarixdə "İmişli" ilə qarşılaşma planlasa da, qarşı tərəfin son anda imtina etməsi səbəbindən bu, baş tutmayacaq.