
Kiprdə "Omoniya" və "Araz-Naxçıvan" komandaları arasındakı UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşü başa çatıb.
Sportnet.az xəbər verir ki, Nikosiya şəhərindəki GSP stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 5:0.
Bu komandaların ilk görüşündə də "Omoniya" darmadağına sevinib - 4:0.
Beləliklə, "Zirə" və "Sabah" komandalarının ardından "Araz-Naxçıvan" da mübarizəni dayandırıb.
Azərbaycan təmsilçilərindən yalnız "Qarabağ" çıxışlarını davam etdirir. Ağdam klubu Çempionlar Liqasının pley-off mərhələsində Macarıstan "Ferentsvaroş"u ilə üz-üzə gələcək. İlk oyun avqustun 19-da Budapeştdə, cavab görüşü avqustun 27-də Bakıda olacaq.
----------------------------
"Sabah" və Bolqarıstanın “Levski" komandaları arasındakı UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşü başa çatıb.
Sportnet.az xəbər verir ki, Əlincə stadionunda təşkil olunmuş qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ukraynalı baş hakim Mikola Balakinin idarə etdiyi görüşdə hesabı 40-cı dəqiqədə Radoslav Kirilov açıb. 87-ci dəqiqədə Mazire Soula yekun hesabı müəyyənləşdirib.
İlk matçda 0:1 hesabı ilə uduzan “Sabah” avrokuboklarda mübarizəni dayandırıb.
---------------------------
UEFA Konfrans Liqasında III təsnifat mərhələsinin cavab oyunları bu gün keçiriləcək.
Sportnet.az xəbər verir ki, Azərbaycanı təmsil edən 2 komanda pley-off mərhələsinə vəsiqə uğrunda yarışacaq.
Səfərdə “Levski”yə minimal hesabla uduzan “Sabah” Bakıda mərhələ keçmək şanslarını saxlayır.
“Araz-Naxçıvan” isə böyük ölçüdə mübarizədən qopmuş sayılır. Naxçıvanı təmsil edən klub “Omoniya” ilə ilk matçda Bakıda 4 cavabsız top buraxdığından, Kiprdə pley-off-a yüksəlmək ehtimalı inandırıcı görünmür.
14 avqust
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, cavab oyunları
20:00. “Sabah” (Azərbaycan) – “Levski” (Bolqarıstan) - 0:2
Qollar: Rodoslav Kirilov, 40. Mazire Soula, 87
İlk oyun: 0:1
Baş hakim: Mikola Balakin
Baş hakimin köməkçiləri: Aleksandr Berkut, Viktor Matyaş
Dördüncü hakim: Vitali Romanov
VAR: Oleksi Derevinskyi
AVAR: Klim Zabroda
(Hakimlər briqadası Ukraynadandır)
21:00. “Omoniya” (Kipr) – “Araz-Naxçıvan” (Azərbaycan) - 5:0
Qollar: Villi Semedo, 9. Stevan Yovetiç, 23. Evandro, 30; 45+4. Mateuş Musialovski, 79
İlk oyun: 4:0
Baş hakim: Yakob Kehlet
Baş hakimin köməkçiləri: Lars Hummelgaard, Martin Markus
Dördün cühakim: Mikkel Redder
VAR: Sandi Putros
AVAR: Morten Krogh
(Hakimlər briqadası Danimarkadandır)