Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin göstərişinə
əsasən millinin məşqçilər korpusunun üzvləri klublarımızın UEFA Avropa
Liqasının ilkin təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirəcəyi
qarşılaşmaları izləyəcəklər.
Sportnet.az-ın məlumatına görə, bu barədə AFFA-nın rəsmi saytı xəbər
verib.
Elxan Abdullayev "İnter” – "Laçi”(Albaniya) oyununa, Mahmud Qurbanov "Qəbələ” – "Dinamo” (Gürcüstan) qarşılaşmasına baxacaq, Faiq Əzizov isə "Mladost” (Monteneqro) – "Neftçi” oyununu izləmək üçün Podqoritsa şəhərinə səfər edəcək.