FİFA 2018 və 2022
dünya çempionatı namizədlərini araşdırıb və FİFA idarə heyətinin rəhbəri Harold
Mayne Nikols 7 il müddətinə futboldan uzaqlaşdırıb. Sportnet.az-ın məlumatına
görə, Nikols haqda bu qərarı Etik qurulu Ədalət Komissiyasının sədri Hans
Yoahim Ekert verib.
FİFA-dan verilən bəyanatda
Mayne Nikols haqqında verilən bu cəza ilə bağlı ətraflı açıqlama veriləcəyi
bildirilib.
Qeyd edək ki, Rusiyada keçirilməsi qərarlaşdırılan DÇ-2018 və Qətərdə keçiriləcək DÇ -2022-nın seçimi ilə bağlı da araşdırma aparılır.