
“Güclü rəqibə qarşı oynamaq xoşdur.”
Sportnet.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində Macarıstanın “Ferencváros” klubu ilə keçiriləcək oyun öncəsi mətbuat konfransında çıxış edib.
Təcrübəli mütəxəssis qarşılaşma barədə fikirlərini bölüşüb:
“Belə bir stadionda, istəkli azarkeşlər qarşısında, güclü rəqibə qarşı bu cür vacib oyuna çıxmaq bizim üçün xoşdur. İlk növbədə rəqib komandaya hörmətimi bildirmək istəyirəm. Onların çox istəkli olduqları görünür. Həm baş məşqçinin, həm də futbolçuların açıqlamalarından Çempionlar Liqasının mərhələsində iştirak etmək arzusu hiss olunur. Ancaq biz də eyni istəklə buradayıq. Sabah daha intizamlı və düzgün oynamalıyıq. Komandamın da bu istəyi göstərməsini arzulayıram. İnanıram ki, azarkeşlər oyundan razı qalacaq və yaxşı futbol nümayiş etdirərək uğurlu nəticə qazanmağa çalışacağıq”.
Ümumiyyətlə, futbol elə bir oyundur ki, daim dəyişir. Dünya futbolu bunu tələb edir. “Ferencváros”da tam fərqli sistem, fərqli baş məşqçi və çox fərqli futbolçular var. Əlbəttə ki, çox əzmkar, çox istəkli bir kollektivdir. Bizdə də xeyli dəyişikliklər olub, həm heyətimizdə müəyyən yeniliklər var. Düşünürəm ki, sabahkı oyun hər iki komanda üçün maraqlı olacaq. Ola bilər ki, cavab qarşılaşmasında artıq bir-birimizi daha yaxşı tanıyaq və tamam başqa oyun olsun. Amma sabah sona qədər mübarizə aparmağı bacarmalıyıq.
Belə bir fikrim də var idi ki, bu komanda həddindən artıq sürətli oynayır, çox tez hücuma keçir və tam fərqli sistemdə çıxış edir. Əvvəllər qarşılaşdığımız “Ferencváros”dan fərqli olaraq daha fiziki, daha dinamik bir kollektiv var. Baş məşqçi də futbolçularından həm sürətli, həm də mübariz oyun tələb edir. Biz daha çox çalışmalıyıq ki, topa sahib olaq. Amma bu komandanın ilk düşüncəsi rəqibə öz oyununu oynamağa imkan verməməkdir. Mən də bu gün gördüklərim əsasında fikirlərimi bölüşdüm. Belə olan halda bizim üçün də asan olmayacaq. Amma hər halda bu tip rəqiblərə qarşı oynamışıq. Sadəcə etiraf etməliyik ki, bu kollektiv daha bacarıqlı və daha keyfiyyətli futbolçulara malikdir.
Məni dəyişmirlər, ona görə də 17 ildir buradayam. Təşəkkür edirəm, çox sağ olun.
Robbi kin fikirlərini oxudum. O deyir ki, məqsədləri belə oyunlarda qol buraxmamaqdır. Çox yaxşı hücum xəttlərinin olduğunu və istənilən an qol vura biləcəklərini qeyd edib. Əlbəttə, belə oyunlarda qalib gəlmək istəyirsənsə, ilk növbədə qapından qol buraxmamalısan. Bu, çox vacibdir, hətta aksiyomadır. Amma bununla yanaşı, nəticə üçün daha baxımlı və yaradıcı olmalıyıq. Bizim əsas məqsədimiz rəqib qapısına qol vurmaqdır. Əlbəttə, qol buraxmasaq daha yaxşı olar. Amma istəyirik ki, hər oyunda qol vuraq. Çünki azarkeşlər də qol olan oyunları daha çox sevirlər. Buna görə də çalışacağıq ki, həm burada, həm də Bakıda maksimum hücum edək və hücumlarımızı daha da yaxşılaşdıraq.
Xeyr, ümumiyyətlə mən belə halları xoşlamıram. Heç vaxt komandamda oynayan futbolçulardan rəqib barədə fikir öyrənməmişəm. Çünki bu, mənə görə bir qədər qeyri-etikdir. Futbolçu hansısa komandada oynadığı müddətdə ona sadiq olur və həmin klubun əvəzolunmaz üzvü kimi çıxış edir. Onu belə vəziyyətə salmaq istəmirəm. Ona görə də biz rəqib barədə məlumatı özümüz və köməkçilərimiz vasitəsilə toplayırıq.
Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" oyunu avqustun 19-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də başlayacaq.