
"Qarabağ"ın kapitanı Abdullah Zubir UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"a (Macarıstan) qarşı keçirəcəkləri səfər matçından sərfəli nəticə ilə qayıdacaqlarına ümid edir.
Sportnet.az-ın məlumatına görə, yarımmüdafiəçi bunu oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
O, rəqibə qarşı ciddi hazırlaşdıqlarını söyləyib:
"Rəqibə qarşı oynamışam. Çox əzmkar və iddialı komandadır. Artıq bu rəqibi tanıyırıq. "Ferentsvaroş"la oyuna ciddi hazırlaşmışıq. Ümid edirəm ki, Bakıya sərfəli nəticə ilə qayıdacağıq".
Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" oyunu avqustun 19-da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cavab qarşılaşması avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də başlayacaq.