
Ukrayna milli komandası tarixində ilk dəfə xüsusi avtobusla təmin olunub.
Sportnet.az xəbər verir ki, nəqliyyat vasitəsi yığmanın sivoluna çevrilib.
Hər bir ukraynalıya yaxın simvollarla bəzədilmiş avtobusun dizaynı Ukrayna ruhunu ifadə edir.
Onun göyərtəsində milli bayraq, güc, xarakter və qələbəyə möhkəm inamı ifadə təcəssüm etdikən Sirko adlı kazakın obrazı yer alıb. Şüar kimi isə "Hər şeydən artıq Ukrayna" seçilib.
Bu dizayn tarixi və qüruru əks etdirir.
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində Fransa və İslandiya ilə yanaşı, Azərbaycanla da eyni qrupda qərarlaşıb. İki komanda sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda və oktyabrın 13-də Polşanın Vroslav şəhərindəki “Tarçinski Arena”da üz-üzə gələcək.