
Macarıstan "Ferentsvaroş"u "Qarabağ"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off matçından əvvəl futbolçusu Adama Traore ilə yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı xəbər yayıb.
Mali yığmasının yarımmüdafiəçisi 3 dəfə ölkə çempionu olub, Avropa Liqası və Konfrans Liqasının əsas mərhələlərində mübarizə aparıb.
30 yaşlı vinger "Ferentsvaroş"a 2022-ci ilin iyulunda Moldova "Şerif"indən 5 milyon avroya keçib.
Qeyd edək ki, bu gün "Groupama Arena"da keçiriləcək "Ferentsvaroş" - "Qarabağ" oyunu saat 23:00-da başlanacaq.