
"Hazırda danışmaq çətindir. Biz iki top fərqi ilə məğlubiyyətdən məyusuq. Amma biz təslim olmayacağıq".
Sportnet.az xəbər verir ki, bunu "Ferentsvaroş"un futbolçusu Barnabaş Varqa Macarıstanda "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra deyib.
29-cu dəqiqədə hesabı açan 31 yaşlı hücumçunun sözlərinə görə, cavab görüşündə daha yaxşı oynamaq lazımdır: "Fikrimcə, ilk yarıda biz rəqibdən üstün deyildik. Dəyişikliklər etməli və cavab görüşündə sübut etməliyik ki, Çempionlar Liqasının əsas mərhələsində yerimiz var. Düşünmürəm ki, "Qarabağ" bizi təəccübləndirdi. Onlar yarımmüdafiədə əmin idilər. Onlar yarımmüdafiədə inamlı idilər. Lakin biz baş verənləri analiz etməliyik. Qarşıda daha bir matç var və biz hər şeyi öz yerinə qoyacağıq. İki topluq fərq dünyanın sonu deyil".
Qeyd edək ki, "Qarabağ" "Ferentsvaroş"la cavab görüşünü avqustun 27-də keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq oyun saat 20:45-də başlanacaq.