
"Qarabağ"ın 3 futbolçusu Macarıstanda "Ferentsvaroş"a qarşı UEFA Çempionlar Liqasının ilk pley-off matçından sonra formasını azarkeşlərə hədiyyə edib.
Bu barədə Sportnet.az-a Budapeştdəki "Groupama Arena"da keçirilmiş oyunun tribuna lideri Şamil Mustafayev məlumat verib.
Mustafayevin sözlərinə görə, həmin oyunçular Ağdam komandasının ilk qolunun müəllifi Marko Yankoviç, həmçinin oyuna sonradan daxil olan Emmanuel Addai və bu matçı ehtiyat oyunçular skamyasında keçirən Toral Bayramov olub.
Qeyd edək ki, matç "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 3:1.