
UEFA Konfrans Liqasında pley-off mərhələsinin ilk oyunları keçirilir.
Sportnet.az xəbər verir ki, turnirdə Türkiyəni təmsil edən “Başakşəhər” klubu azarkeşlərini məyus edib. İstanbul klubu öz meydanında Rumıniya “Universitatya Krayova”sına 1:2 hesabı ilə uduzub.
İstanbulun daha iddialı “Beşiktaş” klubu isə səfərdə heç-heçə edib. “Qara qartallar” İsveçrədə “Lozanna”nın müqavimətini qıra bilməyib - 1:1.
Türkiyəli mütəxəssis Arda Turanın çalışdırdığı Ukraynanın “Şaxtyor” (Donetsk) komandası isə öz meydanında İsveçrə “Servett”i ilə eyni hesablı heç-heçə edib.
Qeyd edək ki, cavab oyunları avqustun 28-də keçiriləcək.