
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" və Macarıstan "Ferentsvaroş"u arasında keçiriləcək cavab oyununa satılan bilet sayı açıqlanıb.
Ağdam klubunun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, qarşılaşmaya 28 800 bilet satılıb.
Matç üçün bilet qiymətləri 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.
VVIP C və VVIP D sektoru üçün nəzərdə tutulan biletlərin qiyməti isə 300 manatdır.
Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ" - "Ferentsvaroş" matçı saat 20:45-də başlanacaq. Macarıstanda keçiriləm ilk oyunda Azərbaycan təmsilçisi qələbə qazanıb - 3:1.