
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ" və Macarıstan "Ferentsvaroş"u arasında keçiriləcək cavab görüşünün hakimləri açıqlanıb.
Sportnet.az xəbər verir ki, qarşılaşmanı fransalı FIFA referisi Kleman Türpen idarə edəcək.
Ona həmyerliləri Nikolya Danos və Aleksis Auqer kömək edəcəklər. Romen Lissorq isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Jerom Brisar VAR hakimi, Nikola Renviy VAR hakiminin köməkçisi təyin olunub.
Portuqaliyalı Viktor Melo Pereyra hakim-inspektor, sloveniyalı David Makdauell UEFA nümayəndəsi kimi çalışacaq.
Qeyd edək ki, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ferensvaroş” matçına 20:45-də start veriləcək.