
İngiltərə millisinin və "Arsenal" klubunun futbolçusu Bukayo Saka dörd həftəlik sıradan çıxıb.
Sportnet.az xəbər verir ki, buna 23 yaşlı hücumçu Premyer Liqada II turun "Lids"lə ev oyunda oyunda bud nahiyəsindən zədələnib.
Saka "Liverpul"a qarşı növbəti tur matçında meydana çıxmayacaq. Bundan əlavə, o, İngiltərə yığmasının dünya çempionatının seçmə mərhələsində Andorra və Serbiya ilə qarşılaşmalarını da buraxmalı olacaq.
Qeyd edək ki, "Arsenal" "Lids"i 5:0 hesabı ilə yenib.