
UEFA Çempionlar Liqasında bu gün keçiriləcək püşkatma mərasimindən öncə səbətlərin tərkibi təsdiqlənib.
Sportnet.az xəbər verir ki, "Qarabağ" 4-cü səbətdə yer alacaq:
1-ci səbət
PSJ (Fransa)
"Real Madrid" (İspaniya)
"Mançester Siti" (İngiltərə)
"Bavariya" (Almaniya)
"Liverpul" (İngiltərə)
"İnter" (İtaliya)
"Çelsi" (İngiltərə)
"Borussiya Dortmund" (Almaniya)
"Barselona" (İspaniya)
2-ci səbət
"Arsenal" (İngiltərə)
"Bayer Leverkuzen" (Almaniya)
"Atletiko Madrid" (İspaniya)
"Benfika" (Portuqaliya)
"Atalanta" (İtaliya)
"Vilyarreal" (İspaniya)
"Yuventus" (İtaliya)
"Ayntraxt Frankfurt" (Almaniya)
"Brugge" (Belçika)
3-cü səbət
"Tottenhem" (İngiltərə)
"PSV Eyndhoven" (Niderland)
"Ayaks" (Niderland)
"Napoli" (İtaliya)
"Sportinq" (Portuqaliya)
"Olimpiakos" (Yunanıstan)
"Slaviya Praqa" (Çexiya)
"Budö Qlimt" (Norveç)
"Marsel" (Fransa)
4-cü səbət
"Kopenhagen" (Danimarka)
"Monako" (Fransa)
"Qalatasaray" (Türkiyə)
"Yunion" (Belçika)
"Qarabağ" (AZƏRBAYCAN)
"Atletik Bilbao" (İspaniya)
"Nyukasl" (İngiltərə)
"Pafos" (Kipr)
"Kayrat Almatı" (Qazaxıstan)
Püşkatma qaydalarına əsasən, 46 klub fərdi reytinqinə uyğun olaraq, 4 səbətə bölünüb. Çempionlar Liqasının son qalibi Fransa PSJ-si 1-ci səbətə başçılıq edir.
İlk səbətdən başlayaraq, bir kürəcik çıxarılacaq və bundan sonra avtomatlaşdırılmış proqram təminatı ilə onun üçün 8 rəqib çıxarılacaq.
Bu zaman aşağıdakı prinsiplər nəzərə alınmalıdır:
- Hər bir səbətdən 2 komanda çıxarılmalıdır. Onların biri ilə oyun evdə, digəri ilə səfərdə olacaq. Ev və səfər oyunlarını proqram özü seçəcək.
- Eyni milli assosiasiyanın komandaları eyni səbətdən çıxa bilməz;
- Eyni milli assosiasiyadan maksimum 2 komanda bir birinə rəqib ola bilər.
Eyni prosedur qalan komandaların üçün də bütün cütlüklərin tərkibi müəyyənləşənədək təkrarlanacaq.
Oyunların tarixləri:
I tur: 16 - 18 sentyabr
II tur: 30 sentyabr - 1 oktyabr
III tur: 21-22 oktyabr
IV tur: 4-5 noyabr
V tur: 25-26 noyabr
VI tur: 9-10 dekabr
VII tur: 21-22 yanvar 2026-cı il
VIII tur: 28 yanvar 2026-cı il
Pley-off mərhələsi: 17-18 fevral və 24-25 fevral 2026-cı il
1/8 final: 10-11 mart və 17-18 mart 2026-cı il
1/4 final: 7-8 aprel və 14-15 aprel 2026-cı il
Yarımfinallar: 28-29 aprel və 5-6 may 2026-cı il
FİNAL: 30 may 2026-cı il (Budapeşt, Macarıstan).