
Macarıstanın "Ferentsvaroş" komandasının baş məşqçisi Robbi Kin Bakıda keçirdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündən sonra jurnalistlərə sayqısızlıq və "Qarabağ"ın nailiyyətinə dözümsüzlük nümayiş etdirib.
Sportnet.az xəbər verir ki, bu, mətbuat konfransında iştirak edən yeganə macarıstanlı jurnalist - "Nemzeti Sport" nəşrinin əməkdaşının hazırladığı yazıdan məlum olur.
Məqaləyə əsasən, irlandiyalı mütəxəssisin açıqlamaları daha sərt olub. Sadəcə, onun fikirləri azərbaycancaya yumşaq formada tərcümə olunub. Bəzi ifadələr isə ümumiyyətlə tərcümədə səsləndirilməyib.
Kin qol sevincini həddindən artıq gurultulu qeyd etməsinə dair suala "Sizin başınız xarab olub?!" kimi cavab verib. O bildirib ki, rəqib həmkarı Qurban Qurbanov da Budapeştdəki matçda qolları qeyd edib.
Baş məşqçinin "Qarabağ"la bağlı fikirləri də diqqət çəkib: "Bu klubun Azərbaycan millisinə heç bir aidiyyatı yoxdur. "Qarabağ" xarici oyunçuları götürür. Klub öz yığmasına kömək etmək istəyirsə, bizim yolumuzla getməlidir. Bir çox matçımızda 5-6 macar futbolçu oynayır. 6 oyunçumuz Macarıstan millisinə dəvət alıb".
Qeyd edək ki, "Budapeşt" cavab görüşündə 3:2 hesabı ilə qalib gəlsə də, ilk matçda 1:3 hesabı ilə uduzduğu üçün iki oyunun yekununda Çempionlar Liqasında mübarizəni dayandırıb.