
Azərbaycan milli komandası İslandiya və Ukraynaya qarşı keçirəcəyi 2026-cı il dünya çempionatının seçmə oyunlarının hazırlıqlarına başlayıb.
Sportnet.az-ın məlumatına görə, ilk məşq Bakının Mərdəkan qəsəbəsindəki "Liv Bona Dea Arena"da gerçəkləşib.
Çalışmaları AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katib Cahangir Fərəcullayev də izləyib.
Məşqdə yalnız Almaniya "Kayzerslautern"inin futbolçusu Mahir Emreli iştirak etməyib. O, birbaşa İslandiyaya yollanacaq.
Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 2-də səhər saatlarında çarter reysi ilə Reykyavikə yollanacaq. Sentyabrın 5-də İslandiyaya qarşı oyundan sonra yığma Bakıya qayıdacaq və sentyabrın 9-da Ukrayna ilə nəzərdə tutulan oyuna hazırlaşacaq.