"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsi üçün iştirak ərizəsi açıqlanıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, pley-off mərhələsi ilə müqayisədə siyahıda dəyişiklik baş verib.
Müdafiəçi Amin Rzayev heyətdən çıxarılıb. Onun əvəzinə yeni transfer Kamilo Duran hücumçu kimi sifariş olunub.
Ümumilikdə UEFA-ya 3 qapıçı, 8 müdafiəçi, 9 yarımmüdafiəçi və 4 hücumçunun adı göndərilib.
Zədəli olan Aleksey İsayev və daha bir yeni transfer Conatan Montiel də Çempionlar Liqasından kənarda qalıb.
Qapıçılar:
1. Şahrudin Məhəmmədəliyev
99. Mateus Koxalski
97. Fabiyan Buntiç
Müdafiəçilər:
2. Mateus Silva
55. Bədavi Hüseynov
30. Abbas Hüseynov
44. Elvin Cəfərquliyev
18. Dani Bolt
81. Kevin Medina
3. Sami Mmaee
13. Bəhlul Mustafazadə
Yarımmüdafiəçilər:
27. Toral Bayramov
20. Kadi Borges
35. Pedro Bikalyo
8. Marko Yankoviç
6. Kris Kuaku
15. Leandro Andrade
10. Abdullah Zubir
21. Aleksey Kaşuk
32. Hikmət Cəbrayılzadə
Hücumçular:
17. Kamilo Duran
11. Emmanuel Addai
22. Musa Qurbanlı
90. Nəriman Axundzadə
Qeyd edək ki, komandamız Liqa mərhələsində “Liverpul” (İngiltərə), “Benfika” (Portuqaliya), “Napoli” (İtaliya) və “Atletik”lə (İspaniya) səfərdə, “Çelsi” (İngiltərə), “Ayntraxt” (Almaniya), “Ayaks” (Niderland) və “Kopenhagen”lə (Danimarka) evdə qarşılaşacaq.