DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar həftəsinə start verilib.
Sportnet.az-ın məlumatına görə, beşinci oyun həftəsinin ilk günündə A, G, J, E qrupunda yer alan bəzi komandalar ilk oyunlarına çıxıblar.
Meydan sahibi komandanın qələbə qazandığı yeganə oyunda sensasiya qeydə alınıb. A qrupunda Slovakiya yığması Almaniyaya iki cavabsız qolla qalib gəlib.
Qrupun digər matçında isə Şimali İrlandiya səfərdə Lüksemburqu 2 top fərqi ilə yenib.
G qrupunda hər iki matç eyni hesablı heç-heçə ilə yekunlaşıb. Litva Malta ilə, Polşa Niderlandla qarşılaşmada məğlubiyyətdən xilas olmağı bacarıb.
J qrupunda yer alan Qazaxıstan millisi evdə Uelsə minimal, Lixtenşteyn Belçikaya böyük hesabla uduzub.
E qrupunda da qonaq komandalar qələbə qazanıb. Türkiyə yığması Tbilisidə Gürcüstanın, İspaniya isə Sofiyada Bolqarıstanın qapısından 3 top keçirib.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə ilk oyununa sentyabrın 5-də çıxacaq. Fernandu Santuşun baş məşqçi olduğu kollektiv İslandiyanın qonağı olacaq.
Xatırladaq ki, DÇ-2026-nın seçmə mərhələsinə bu ilin martında start verilib. Həmin vaxt 5 komandalı qruplarda mübarizə başlayıb.
4 sentyabr
DÇ-2026-nın seçmə mərhələsi
J qrupu
18:00. Qazaxıstan – Uels - 0:1
Qol: Kiffer Mur, 24
22:45. Lixtenşteyn – Belçika - 0:6
Qollar: Maksim de Kuyper, 29. Yuri Tilemans, 46; 70 (pen.). Artur Teate, 60. Kevin De Bruyne, 62. Malik Fofana, 90+1
Xal durumu: Uels - 10 xal (5 oyuna), Şimali Makedoniya - 8 (4), Belçika - 7 (3), Qazaxıstan - 3 (4), Lixtenşteyn - 0 (4)
E qrupu
20:00. Gürcüstan – Türkiyə - 2:3
Qollar: Zuriko Davitaşvili, 63. Xviça Kvaratsxeliya, 90+8 - Mert Müldür, 3. Kerem Aktürkoğlu, 41; 52
Qırmızı vərəqə: Barış Alper Yılmaz, 71 - Villi Sanyol, 71 (baş məşqçi)
22:45. Bolqarıstan – İspaniya - 0:3
Qollar: Mikel Oyarsabal, 5. Mark Kukurelya, 30. Mikel Merino, 38
Xal durumu: İspaniya - 3 xal, Türkiyə - 3, Gürcüstan - 0, Bolqarıstan - 0
G qrupu
20:00. Litva – Malta - 1:1
Qollar: Qvidas Gineytis, 90+7 (pen.) - Aleksander Satariano, 83
Qırmızı vərəqələr: Edqaras Utkus, 90 - Ceyk Atsopardi, 90
22:45. Niderland – Polşa - 1:1
Qollar: Denzel Dumfris, 28 - Metti Keş, 80
Xal durumu: Niderland – 7 xal (3 oyuna), Polşa – 7 (4), Finlandiya – 7 (4), Litva – 3 (4), Malta – 2 (5)
A qrupu
22:45. Slovakiya – Almaniya - 2:0
Qollar: David Hançko, 42. David Strelets, 55
22:45. Lüksemburq – Şimali İrlandiya - 1:3
Qollar: Ayman Dardari, 30 - Ceymi Rid, 7. Şey Çarlz, 46. Castin Devenni, 70
Qırmızı vərəqə: Seid Koraç, 66 (Lüksemburq)
İstifadə olunmamış penalti: İsaak Prays, 7 (Şimali İrlandiya)
Xal durumu: Şimali İrlandiya - 3, Slovakiya - 3, Lüksemburq - 0, Almaniya - 0.










































































