
"Qəbələ"nin futbolçusu Şahin Şahniyarov Azərbaycan millisinin heyətindən kənarlaşdırılıb.
Sportnet.az-ın məlumatına görə, gənc yarımmüdafiəçi bu gün İslandiyaya qarşı DÇ-2026-nın seçmə qrup matçının sifariş ərizəsində yer almayıb.
Baş məşqçi Fernandu Santuş 23 nəfərlik iştirakçı siyahısından onun adını çıxarıb.
Qeyd edək ki, bu gün Reykyavikdə təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.