
"Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinə 24 futbolçu sifariş etməsinin səbəbi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, UEFA qaydaları sifariş vərəqində maksimum 25 oyunçunun göstərilməsini diktə edir.
Həmin futbolçuların maksimum 17-si legioner, minimum 8-i yerli ola bilər. Yerlilərdən yarısı isə klubun öz yetirmələri, qalan hissəsi ölkənin digər klublarında 21 yaşınadək minimum 3 il oynamış futbolçular olmalıdır.
"Qarabağ"ın sifariş ərizəsindəki 24 futbolçudan 9-u yerli oyunçudur. Yəni, yerlilər üçün minimal hədd tamamlanıb. Legioner sayı isə 16-dır. 9 yerli futbolçudan 4-ü - Nəriman Axundzadə, Hikmət Cəbrayılzadə, Toral Bayramov və Musa Qurbanlı "Qarabağ"ın yetirmələridir. Şahrudin Məhəmmədəliyev, Bəhlul Mustafazadə, Abbas Hüseynov, Elvin Cəfərquliyev və Bədavi Hüseynov ölkənin digər klublarından gəliblər. B.Hüseynov Azərbaycana Rusiyadan 20 yaşında gəlib və burada 21 yaşınadək 3 il kvotasını doldura bilməyib.
Aleksey İsayev yerli statusunda oynasa da, zədəlidir. Conatan Montiel isə hələ hazır olmadığı üçün siyahıdan kənarda qalıb.