
İspaniya "Jirona"sının və Ukrayna millisinin futbolçusu Viktor Tsıqankov 2026-cı il dünya çempionatının seçmə matçında Azərbaycana qarşı çıxış etməyəcək.
Sportnet.az-ın Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına istinadən məlumatına görə, 27 yaşlı yarımmüdafiəçi klubunda aldığı əzələ zədəni qarşıdakı oyunadək bərpa edə bilməyəcək.
Bu səbəbdən, Tsıqankov Kataloniya komandasının düşərgəsinə qayıtmalı olub.
Qeyd edək ki, sentyabrın 9-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 20:00-da başlanacaq. D qrupunun ilk turunda Azərbaycan Estoniyaya 0:5, Ukrayna Fransaya 0:2 hesabı ilə uduzub.