
Azərbaycanlı FIFA referisi Kamal Umudlu növbəti beynəlxalq təyinat alıb.
Sportnet.az-ın məlumatına görə, Umudlu Gürcüstan və Şimali İrlandiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandaları arasındakı Avropa çempionatının seçmə oyununu idarə edəcək.
Sentyabrın 9-da Kutaisidəki Ramaz Şengeliya stadionunda təşkil olunacaq qarşılaşmada ona Namiq Hüseynov və Vüsal Məmmədov yan xətt, Rəşad Əhmədov dördüncü hakim qismində yardımçı olacaq.
Azərbaycanlı hakimlər briqadasının işinə şimali makedoniyalı hakim-inspektor Deyan Yakimovski qiymət verəcək. Yunanıstanlı Lukas Siotropos isə UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.