
İngiltərə "Tottenhem"inin sabiq baş məşqçisi Angelos Postekoğlu "Nottingem Forest"in sükanı arxasına keçib.
Sportnet.az Nottingem təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis Nunu Eşpritu Santunu əvəzləyib.
Santu ilə müqavilə iyunda 2028-ci ilədək yenilənmiş, Postekoğlu isə mayda "Tottenhem"ə Avropa Liqasını qazandırmasına baxmayaraq, istefaya göndərilmişdi.
Qeyd edək ki, "Nottinhem Forest" bu mövsüm Premyer Liqada 3 turdan sonra 4 xalla 10-cu yerdə gedir.