Türkiyənin "Fənərbağça" komandasına yeni baş məşqçi təyin olunub.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Domeniko Tedesko ilə 2 illik müqavilə bağlanılıb.
Köməkçi-məşqçi isə uzun illər "sarı-lacivərdli" forma geyinmiş Gökhan Gönül olacaq.
Xatırladaq ki, 39 yaşlı Domeniko Tedeskonun son iş yeri yanvarın 17-də istefa verdiyi Belçika millisi olub. O, daha əvvəl Almaniyanın “Şalke”, “Leyptsiq” və Rusiyanın “Spartak” (Moskva) komandalarına da rəhbərlik edib.










































































