
“Vest Hem” uzun illər komandada çıxış etmiş qapıçısı Lukaş Fabianskini yenidən heyətinə qatmağa yaxındır.
Sportnet.az xəbər verir ki, bu barədə “talkSPORT” məlumat yayıb.
London təmsilçisi azad agent olan 40 yaşlı polşalı qolkiperlə müqavilə imzalamaq üçün danışıqlar aparır. Fabianski ötən mövsümün sonunda “Vest Hem”dən ayrılmışdı.
Təcrübəli futbolçu 2018–2025-ci illərdə “çəkiclilər”in formasını geyinib. O, 216 oyunda meydana çıxaraq 290 qol buraxıb, 55 matçda isə qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, Qrem Potterin rəhbərlik etdiyi “Vest Hem” Premyer Liqada ilk 3 turdan sonra 3 xal toplayıb və hazırda turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.