
Portuqaliya millisinin kapitanı və Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldu "Bütün dövrlərin ən yaxşı futbolçusu" mükafatına layiq görülüb.
Sportnet.az-ın məlumatına görə, ödül sahibinin adı Primeyra mükafatlarının təltifetmə mərasimində açıqlanıb.
Bildirilib ki, 40 yaşlı Kriştianu bütöv epoxanı özü üçün müəyyənləşdirib və dünya futbolunda silinməz izlər buraxıb.
Futbolçunun özü mərasimdə iştirak etməyib. Lakin təşkilatçılar ulduz forvardın mükafatın yanında duraraq, nitq söylədiyi videonu göstəriblər.
Qeyd edək ki, Kriştianu Ronaldu "France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının 5 dəfə sahibi olub. Bundan başqa, təcrübəli hücumçu 943 qolla futbol tarixinin rekordçusudur.