
Səudiyyə Ərəbistanının "Əl-Şəbab" klubu "Milan"ın müdafiəçisi Yasin Adlini transfer edib.
Sportnet.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı futbolçu üçün İtaliya klubuna 8 milyon avro təzminat ödənilib. 25 yaşlı dayaq yarımmüdafiəçisi ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Yasin Adli ötən mövsüm icarə əsasında "Fiorentina"da çıxış edib.