
“Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq La Liqanın qarşıdakı turunda “Valensiya”ya qarşı matçı buraxacaq.
Sportnet.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı futbolçu yalnız sentyabrın 18-də keçiriləcək UEFA Çempionlar Liqasının ilk turunda “Nyukasl”la oyunda komandasına kömək edə biləcək.
De Yonq Niderland yığmasının düşərgəsində zədələnib. O, cari mövsümdə La Liqada 2 oyun keçirib.