
İngiltərənin "Mançester Yunayted" klubunun qapıçısı Andre Onana karyerasını Türkiyədə davam etdirəcək.
Sportnet.az-ın məlumatına görə, "Trabzonspor" kamerunlu qolkiperi 2026-cı ilin yayınadək icarəyə götürüb.
29 yaşlı oyunçu "qırmızı şeytanlar"ın heyətində indiyədək 2 mövsüm keçirib və 72 matçda 102 top buraxıb.