
Fransa millisinin heyətində 2018-ci ildə dünya çempionu olmuş futbolçu Samuel Umtiti karyerasını başa vurub.
Sportnet.az-ın məlumatına görə, 31 yaşlı mərkəz müdafiəçisi video paylaşaraq qərarını açıqlayıb.
Umtiti son olaraq, "Lill"in heyətində 2024-cü ilin yanvarında meydana çıxıb. O, yığmada 31 oyun keçirib.
Müdafiəçi çoxsaylı əməliyyatlar üzündən istənilən səviyyədə oynaya bilməyib.