UEFA Çempionlar Liqasının Liqa mərhələsi 6 oyunla start götürüb.
Sportnet.az-ın məlumatına görə, günün ən bolqollu qarşılaşması İtaliyada "Yuventus" və Almaniyanın "Borussiya Dortmund" komandaları arasında keçirilib.
Oyun ərzində hesabda bir neçə dəfə geri düşən meydan sahibləri uzatma dəqiqələrində vurduğu qollarla bərabərliyi təmin edib - 4:4. Turin komandasında çıxış edən Türkiyə millisinin futbolçusu Kenan Yıldız bu matçda bir qol və bir məhsuldar ötürmə müəllifi olub.
"Real Madrid" İspaniyada Fransa "Marsel"ini Kilian Mbappenin penalti qolları ilə yenib.
İspaniyanın digər təmsilçiləri isə İngiltərə komandalarına uduzub. "Vilyarreal" səfərdə Avropa Liqasının son qalibi "Tottenhem"ə 0:1, "Atletik" isə öz meydanında "Arsenal"a 0:2 hesabı ilə uduzub.
"Qarabağ"la yanaşı, Belçika "Yunion"u da gecənin sürpriz nəticəsinə imza atıb. Çempionlar Liqasına ilk dəfə qatılan "Yunion" Niderlandda PSV-nin qapısından 3 top keçirib.
--------------------------
Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinə start veriləcək.
Sportnet.az-ın məlumatına görə, birinci oyun günündə 6 görüş keçiriləcək.
İlk qarşılaşmalar İspaniya və Niderlandda olacaq.
III turda "Qarabağ"ı qəbul edəcək "Atletik" bunadək ilk ev oyununda İngitərə "Arsenal"ını sınağa çəkəcək. Bu görüş Bilbao komandasının 11 ildən sonra Çempionlar Liqasının əsas mərhələsinə qayıdışı ilə əlamətdar olacaq.
PSV isə Çempionlar Liqasının Liqa mərhələsinin debütantı Bekçika "Yunion"u ilə qarşılaşacaq.
Hər iki matç Bakı vaxtı ilə saat 20:45-də başlanacaq.
Qalan 4 görüşün startı saat 23:00-a təsadüf edəcək.
"Qarabağ" Portuqaliyada "Benfika"nın qonağı olacaqsa, Avropa Liqasının son qalibi "Tottenhem" İngiltərədə İspaniya "Vilyarreal"ı ilə üz-üzə gələcək.
İspaniyada daha bir görüş Çempionlar Liqasının ən titullu klubu "Real Madrid"lə Fransa "Marsel"i arasında olacaq.
Nəhayət, 1997-ci ildə finalda görüşmüş İtaliya "Yuventus"u ilə Almaniyanın "Borussiya" (Dortmund) komandaları bu dəfə ilk turda rəqib olacaqlar.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, I tur
16 sentyabr
20:45. "Atletik" (İspaniya) - "Arsenal" (İngiltərə) - 0:2
Qollar: Qabriel Martinelli, 72. Leandro Trossar, 87
20:45. PSV (Niderland) - "Yunion" (Belçika) - 1:3
Qollar: Ruben van Bommel, 90 - Devid Promis, 9 (pen.). Anuar Ait Əl Həcc, 39. Kevin Makallister, 81
23:00. "Real Madrid" (İspaniya) - "Marsel" (Fransa) - 2:1
Qollar: Kilian Mbappe, 28 (pen.); 81 (pen.) - Timoti Vea, 22
Qırmızı vərəqə: Dani Karvaxal, 72 ("Real Madrid")
23:00. "Yuventus" (İtaliya) - "Borussiya" (Dortmund, Almaniya) - 4:4
Qollar: Kenan Yıldız, 63. Duşan Vlahoviç, 68; 90+4. Lloyd Kelli, 90+6 - Karim Adeyimi, 52. Feliks Nmeça, 65. İan Kouto, 74. Rami Bensabaini, 86 (pen.)
23:00. "Tottenhem" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 1:0
Qol: Luis Junior, 4 (öz qapısına)
23:00. "Benfika" (Portuqaliya) - "Qarabağ" (Azərbaycan) - 2:3
Qollar: Entso Barreneçea, 6. Vangelis Pavlidis, 16 - Leandro Andrade, 30. Kamilo Duran, 48. Aleksey Kaşuk, 86








































































