
Azərbaycan I Liqasında IV turun oyun cədvəli açıqlanıb.
Sportnet.az xəbər verir ki, turun 5 görüşündən 3-ü Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək.
"Şahdağ Qusar", "Şimal" və "Cəbrayıl" komandaları ardıcıl 3 gün növbəli şəkildə bu arenadan yararlanacaq.
Turun bütün görüşləri saat 15:00-da start götürəcək.
1 oktyabr (çərşənbə)
“Şahdağ Qusar” – “Mingəçevir”
Şamaxı OİK stadionu
2 oktyabr (cümə axşamı)
“Şimal” – “Səbail”
Şamaxı OİK stadionu
“Zaqatala” – “Baku Sportinq”
Zaqatala OİK stadionu
“Şəfa” – MOİK
Binə qəsəbə stadionu
3 oktyabr (cümə)
“Cəbrayıl” – “Difai”
Şamaxı OİK stadionu.