
Serbiya millisinin sabiq futbolçusu Deyan Milovanoviç veteranlar arasında oyun zamanı vəfat edib.
Sportnet.az “L Equipe” nəşrinə istinadən xəbər verilir ki, 41 yaşlı Milovanoviç “Svena Zvezda”nın heyətində meydana çıxıb.
Oyun zamanı "ikiqat infarkt" keçirən eks-yarımmüdafiəçi qol vurduqdan sonra bir neçə dəqiqə sonra huşunu itirib.
Hadisə yerinə təcili tibbi yardım gəlsə də, onu həyata qaytarmaq mümkün olmayıb.
Xatırladaq ki, Deyan Milovanoviç futbolçu kimi Serbiyanın “Srvena Zvezda” və “Vojdovats”, Fransanın “Lans” və Yunanıstanın “Panionios” klublarında çıxış edib. O, Serbiya millisində 2 oyun keçirib və 2006-cı ildə Serbiya çempionatının ən yaxşı oyunçusu sayılıb.